Skip to main content
Uncategorized

“ADY Konteyner” Assaka-Bakı marşrutu üzrə ilk konteyner blok qatarının  çatdırılmasını həyata keçirib 

By Yanvar 25, 2022No Comments

Özbəkistanın Assaka Logistika Mərkəzindən yola çıxan 50 konteynerdən ibarət ilk blok qatar Ələt limanına çatıb.

Avtomobil hissələri ilə yüklənmiş 40 futluq konteynerlər Xocidavlat sərhəd stansiyasından keçərək Türkmənistanın Türkmənbaşı limanına, oradan isə Xəzər dənizi vasitəsilə Azərbaycanın Ələt limanına  çatdırılıb.

Qatardakı yüklər Azərbaycanda minik avtomobili istehsal edən zavodlardan biri üçün nəzərdə tutulub.

Bu marşrut üzrə blok qatarlar müntəzəm olaraq hərəkət edəcək.