Bu gün Bakıda, Azərbaycan Dəmir Yollarının rəsmi tərəfdaşlığı ilə “Azərbaycan: Avrasiyaya yeni körpü” adlı konfrans işinə başlayıb. 2 gün davam edəcək tədbirdə Azərbaycan Dəmir Yolları ilə əməkdaşlıq çərçivəsində İran və Mərkəzi Asiya Dəmir Yollarının nümayəndələri, nəqliyyat nazirlikləri, nəqliyyat operatorları və hökumət nümayəndələri, podratçı və təchizatçı şirkətlərinin təmsilçiləri iştirak edirlər.
Tədbir iştirakçıları dəmir yolu və multimodal daşıma layihələri üçün strategiya, texnologiya və innovasiyalar haqqında müzakirələr apararaq, regionda yükdaşımalar proseslərinin inkişaf yollarını araşdırırlar.
Konfransda “ADY Konteyner” MMC-nin kommersiya direktoru Rəşad Məcidov “Azərbaycan Dəmir Yollarının regional intermodal daşımalarda rolu” mövzusunda məruzə ilə çıxış edib.