Skip to main content
Uncategorized

“ADY Konteyner” MMC Azərbaycan ferroərintisinin Yaponiyaya ilk nəqlini həyata keçirib

By İyul 29, 2019İyul 6th, 2021No Comments

Sumqayıt Kimya Sənaye Parkının rezidenti olan  “Baku Non Ferrous and Foundry Company” şirkəti Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Konteyner” MMC ilə birgə Azərbaycan ferroərintisinin Yaponiyaya ilk nəqlini həyata keçirib. İlk partiyanın alıcısı paytaxt Tokioda fəaliyyət göstərən “Hanwo Co.” Ltd.-dir.

40 ton çəkisi olan ilk partiya 2 ədəd 20 futluq konteynerə yüklənərək “ADY Konteyner” MMC-nin balansında olan Sumqayıt terminalından Gürcüstanın Poti limanına yola salınıb. Konteynerlər Potidə gəmiyə yüklənərək, dəniz yolu ilə Yaponiyanın Yokohama limanına çatdırılacaq.

Leave a Reply