“Qazaxıstan Respublikasının nəqliyyat işçisi günü” münasibətilə “ADY Konteyner” MMC-nin Bakı Beynəlxalq Dəniz Ticarət Limanı şöbəsinin rəisi Kamal Cabbarov “Kazlogistics” tərəfindən Fəxri fərmana layiq görülüb.
Kamal Cabbarov səmərəli fəaliyyətinə, əmək vəzifələrini vicdanla yerinə yetirməsinə, Qazaxıstanda nəqliyyat sahəsinin inkişafına böyük şəxsi töhfəsinə görə bu mükafata layiq görülüb.
Fəxri fərman əməkdaşımıza Qazaxıstan Dəmir Yollarının ölkəmizdəki nümayəndəsi tərəfindən təqdim edilib.