Skip to main content
Uncategorized

“ADY Konteyner” MMC-nin təmsilçiləri nüfuzlu “Logitrans-2019” sərgisində iştirak edirlər

By Noyabr 15, 2019İyul 6th, 2021No Comments

13-15 noyabr 2019-cu il tarixlərində Türkiyənin İstanbul şəhərində nəqliyyat və logistika şirkətləri arasında nüfuzlu “Logistrans – 2019” adlı beynəlxalq nəqliyyat və logistika sərgisi keçırılir. Tədbirdə iştirak edən 20-dən artıq ölkənin təmsilçiləri nəqliyyat sahəsində tətbiq edilən yeni texnologiyalar, daşıma mexanizmləri, dəmir yolu infrastrukturu, tikinti və yeni logistika istiqamətlərini təqdim edirlər.

Sərgidə Azərbaycan dəmiryolçuları da iştirak edirlər. “Azərbaycan Dəmir Yolları” QSC, “ADY Konteyner” MMC və “ADY Express” MMC-nin birgə təmsil olunduğu stenddə Azərbaycanın nəqliyyat sahəsində əldə etdiyi uğurlar, ölkəmizin tranzit potensialı və yeni layihələr təqdim edilir.  Azərbaycan təmsilçiləri, Bakı-Tbilisi-Qars, Şərq-Qərb, Şimal-Cənub, Şimal-Qərb və Cənub-Qərb Beynəlxalq Nəqliyyat Dəhlizləri haqqında sərgi iştirakçılarına geniş məlumatlar təqdim edərək, yük sahibləri və logistika sahəsində fəaliyyət göstərən iri Türkiyə və Beynəlxalq şirkətlərlə danışıqlar aparırlar. Danışıqlarda Azərbaycan ərazisindən keçən beynəlxalq tranzit marşrutlardan istifadə etməklə, yüklərin nəqli məsələləri diqqət mərkəzindədir. Azərbaycan nümayəndə heyəti öz innovativ məhsullarını, xidmətlərini və imkanlarını təqdim edərək, beynəlxalq şirkətlərin təmsilçilərini yükdaşımalar sahəsində təklif elədikləri geniş çeşid xidmətlərdən yararlanmağa dəvət ediblər.

Sərgi çərçivəsində  dünyanın tanınmış və nüfuzlu şirkətləri ilə çoxsaylı görüşlər keçirilir və danışıqlar aparılır. Logitrans-2019 sərgisi nəqliyyat va logistika sektorunun bütün prosesləri ilə tanış olmağa imkani verir. Burada Türkiyə və dünyanın bir çox ölkələrindən qatılan iştirakçılara, eyni zamanda geniş əhatəli konfrans proqramları təklif edilir və məlumat mübadiləsi uçun platformalar yaradılır. Sərgi Azərbaycan dəmir yollarının dəyərini göstərməklə Avrasiya məkanında qlobal yükdaşımalar sistemində üstünlüyünü bir daha nümayiş etdirdi və Azərbaycan dəmir yollarının təqdim etdiyi yeni logistika məhsullarına yükdaşımalar bazarında böyük marağın olduğunu göstərdi.

Leave a Reply