Özbəkistanın paytaxtı Daşkənddə 18-ci Beynəlxalq “Nəqliyyat və Logistika – TransLogistica Özbəkistan 2022” sərgisi keçirilir.
Sərgidə CASCA + multimodal nəqliyyat marşrutu ayrıca stendlə çıxış edir. Marşrut üzrə iştirakçı ölkələrin dəmir yolları operatorları – “ADY Konteyner” MMC, “Qırğızıstan Dəmir Yolları”, “Özbəkdəmiryolekspedisiya”, “Türkmənistan Nəqliyyat-Logistika Mərkəzi”, “GR Logistics and Terminals” və “Pasifik Eurasia A.Ş.” öz xidmətlərini təklif edirlər.
Sərgidə CASCA+ marşrutunun stendinə maraq böyükdür. Stendə yaxınlaşanlar arasında Özbəkistanın nəqliyyat nazirinin müavini Jasurbek Çoriyev də olub. “ADY Konteyner” MMC-nin direktoru Natiq Cəfərov J. Çorıyevə CASCA + multimodal nəqliyyat marşrutu ilə bağlı ətraflı məlumat verib.
Bildirilib ki, marşrutun yaradılmasında məqsəd iştirakçı ölkərinin tranzit imkanlarından istifadə etməklə Çin-Avropa-Çin istiqamətində dəmiryolu ilə yükdaşımaların həcminin və səmərəliliyinin artırılmasıdır.
Sərgidə 50 -ə yaxın təşkilat və şirkət öz stendi ilə təmsil olunur.
Qeyd edək ki, CASCA + “Asiya-Sakit okean regionu ölkələri-Çin-Qırğızıstan-Özbəkistan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa” beynəlxalq multimodal marşrutu əsasında yaradılıb. Marşrut üzrə iştirakçı ölkələrin dəmir yolları operatorlarının 5 avqust 2022-ci il tarixdə Bakıda keçirilmiş iclasında marşrutun səmərəliyinin artırılması üçün operatorların iştirakı ilə konsorsiumun yaradılmasını, konteynerlərin marşrut boyu izlənilməsi məqsədilə rəqəmsal platformanın hazırlanmasını müzakirə ediblər.