Skip to main content
Uncategorized

“ADY Konteyner” şirkəti “Rail Cargo Macarıstan”la əməkdaşlığa başlayır

By Fevral 17, 2020İyul 6th, 2021No Comments

“ADY Konteyner” şirkəti Avropadakı əlaqələrini genişləndirir. Şirkətin nümayəndəsi Rəşad Məcidov “Rail Cargo Macarıstan” şirkətinin direktoru Marta Gabor və həmin şirkətin Cənub-Şərqi Avropa üzrə təmsilçisi Daniel Dejo ilə görüşüb. Görüşdə Mərkəzi və Şərqi Avropa ilə Azərbaycan və Mərkəzi Asiya arasında konteynerlə yükdaşımaların birgə təşkil olunması məsələləri müzakirə olunub.

Görüş zamanı tərəflər digər məsələlərlə yanaşı potensial yük bazasının müəyyən olunması, yüklər haqqında statistik məlumatlatın toplanaraq mübadilə edilməsi, tərəfdaşlığın hüquqi basasının yaradılması istiqamətində birgə tədbirləri müzakirə ediblər. Müqabil tərəf Azərbaycanın və Azərbaycan ərazisindən tranzit olaraq Orta Asiya regionunun “Rail Cargo Macarıstan” şirkəti üçün vacib region olduğunu vurğulayıb.

Görüşdə həmçinin Macarıstan Dəmir Yolu Assosiasiyasının direktoru Hodosi Lacos da iştirak etmişdir.

Leave a Reply