Skip to main content
Uncategorized

“Alstom” şirkəti Azərbaycan üçün lokomotiv istehsal edib.

By Oktyabr 12, 2017İyul 8th, 2021No Comments

Fransanın Belfort şəhərində “Alstom Transportation S.A.” şirkətinin “Azərbaycan Dəmir Yolları” QSC üçün istehsal etdiyi birinci Prima M4 sərnişin lokomotivinin təqdimat mərasimi keçirilib. Tədbirdə “Azərbaycan Dəmir Yolları” QSC sədrinin müavini Hicran Valehovun rəhbərlik etdiyi nümayəndə heyəti, Azərbaycanın Fransadakı səfirliyinin nümayəndələri, “Alstom Transportation S.A.” şirkətinin Qərbi və Mərkəzi Asiya üzrə icraçı direktoru Bernard Peille, eləcə də Azərbaycanın və Fransanın kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.“İlk çoxtəyinatlı Prima lokomotivini Azərbaycana çatdırmaqdan və Qara dənizlə Xəzər dənizi, Rusiya ilə İran arasında tranzit dəmir yolu bağlantısını daha da gücləndirmək məqsədi daşıyan iddialı layihələrin tərəfdaşı olmaqdan dərin məmnunluğumuzu bildiririk” – Alstom şirkətinin Qərbi və Mərkəzi Asiya üzrə icraçı direktoru Bernard Peille bbelə deyib. Texnoloji baxımdan xüsusi təyinata uyğun istehsal edilmiş bu lokomotiv “Alstom” şirkəti ilə “ADY” QSC-nin işçi heyətləri arasında qurulmuş möhkəm qarşılıqlı əlaqələrin nəticəsidir.

“Azərbaycan Dəmir Yolları” QSC sədrinin müavini Hicran Valehov çıxış edərək bildirib ki, son vaxtlar dəmir yolunun lokomotiv parkının yenilənməsi istiqamətində də mühüm addımlar atılır. Belə ki, Fransanın “Alstom Transportation S.A.” şirkəti ilə “Azərbaycan Dəmir Yolları” QSC arasında bağlanmış müqavilənin tərkib hissəsi kimi hazırda 10 ədəd Prima M4 (AZ4A) sərnişin lokomotivi istehsal edilməkdədir. “Azərbaycan Dəmir Yolları” QSC bundan sonra “Alstom” şirkəti ilə əlaqələri daha da genişləndirəcək.

Bu lokomotivlər Şərq – Qərb dəhlizi üzrə 25 kV AC, 50 Hrs və Şimal – Cənub dəhlizi üzrə 3 kV DC ilə hərəkət edəcək. Tətbiqat növləri baxımından bu lokomotiv dünyanın ən çoxfunksiyalı elektrik lokomotividir. Prima AZ4A texniki xidmət və təmir arasında daha uzunmüddətli istismar göstəriciləri, az enerji sərfiyyatı, aşağı texniki xidmət xərcləri və park idarəçiliyinin yüksək iş səmərəliliyi ilə sərnişin xidmətində 160 km/saat sürəti ilə hərəkət etmək iqtidarındadır. AZ4A Azərbaycan Dəmir Yollarının texniki tələblərinə əsaslanaraq, QOST standart və spesifikasiyalarına riayət edilməklə işlənib-hazırlanmış Prima M4 lokomotividir.

Leave a Reply