Skip to main content
Uncategorized

Azərbaycan ilk dəfə Avropanın ən iri nəqliyyat sərgisində təmsil olunub

By İyun 4, 2019İyul 6th, 2021No Comments

Almaniyanın Münhen şəhərində “Nəqliyyat və logistika” sərgisi işinə başlayıb. Münhen sərgisi Avropanın ən irisi hesab olunur, dünyada isə miqyasına görə ilk beşliyə daxildir. Bir ildən bir keçirilən tədbirdə nəqliyyat, logistika, yükdaşıma və yüksək texnologiyalar üzrə dünyanın aparıcı şirkətləri təmsil olunur.
4-7 iyun tarixlərində Messe Münhen mərkəzində keçirilən sərgidə, ilk dəfə olaraq Azərbaycanın milli stendi quraşdırılıb. “Azərbaycan Dəmir Yolları” QSC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının birgə təşkil etdiyi stenddə hər üç şirkətin nümayəndələri sərgi iştirakçılarına ölkəmizin tranzit imkanları, dəmir yolu, dəniz nəqliyyatı ilə daşımalar, limanlarımızın imkanları, Azərbaycanın ərazisindən keçən Beynəlxalq Nəqliyyat Dəhlizləri və Bakı-Tbilisi-Qars dəmir yolu kimi iri infrastruktur layihələrinin imkanları və üstünlükləri barədə ətraflı məlumat verərək, əməkdaşlığa dair görüşlər keçirir, danışıqlar apararırlar. “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun başçılıq etdiyi Azərbaycan dəmiryolçuşalırının nümayəndə heyəti, öz innovativ məhsullarını, xidmətlərini və imkanlarını təqdim edirlər.
Qeyd edək ki, ekspozisiya Münhen sərgi mərkəzinin 10-dan artıq pavilyon və açıq meydançalarında yerləşdirilib. 115 000 kv. m sərgi sahəsi olan, 62 ölkədən 2 500-ə yaxın iştirakçının və 123 ölkədən 60 000-dən artıq ziyarətçinin qatıldığı “Nəqliyyat və logistika” sərgisi bu sahənin bütün imkanları ilə tanış olmağa imkan yaradır. Dünyanın hər yerindən sərgiyə qatılan iştirakçılara, eyni zamanda, geniş əhatəli konfrans proqramı təklif edilir və məlumat mübadiləsi uçun

Leave a Reply