Skip to main content
Uncategorized

Azərbaycan, Rusiya, Belarus və İran dəmir yolları arasında dördtərəfli görüş başa çatıb

By Noyabr 8, 2017İyul 8th, 2021No Comments

Bakıda Azərbaycan, Rusiya, Belarus və İran dəmir yolları arasında “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin qərb istiqamətinin inkişafı üzrə işçi qrupunun dördtərəfli görüşü başa çatıb. Tədbirdə “Belarus-Rusiya-Azərbaycan-İran marşrutu üzrə razılaşdırılmış tarif siyasətinin formalaşdırılması və vaqon daşımalarında rəqabətədavamlı tariflərin yaradılması”, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi ilə Belarus-Rusiya-Azərbaycan-İran istiqamətində vaqon və konteynerlərin daşınma imkanlarının araşdırılması”, “Belarus-Rusiya-Azərbaycan-İran marşrutu üzrə öz hərəkət heyəti parkına aid vaqonlardan istifadə qiymətinin təyin edilməsi”, həmçinin inventar parkına aid vaqonların bu marşruta cəlb edilmə imkanlarının araşdırılması və digər məsələlər müzakirə edilib. Görüşün sonunda “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin qərb istiqamətinin inkişafı üzrə işçi qrupunun ilk iclasının protokolu imzalanıb. İşçi qrupun növbəti toplantısının 2017 – ci ilin dekabrında keçirilməsi barədə qərar qəbul edilib.

Leave a Reply