Skip to main content
Uncategorized

Azərbaycanın “Şimal-Cənub” Dəhlizindəki rolu müzakirə olunub

By İyun 23, 2021İyul 4th, 2021No Comments

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin aktivləşdirilməsi: Azərbaycanın rolu” mövzusunda onlayn görüş  keçirilib.

Görüşdə Azərbaycanın İqtisadiyyat Nazirliyinin, Hindistan Ticarət Palatasının, Hindistanın ölkəmizdəki səfirliyinin, Hindistan Ekspeditorlar Assosiasiyasının, “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkətləri olan “ADY Konteyner” və “ADY Express” , Hindistanın  CONCOR şirkətinin, Bakı Limanının nümayəndələri iştirak ediblər.

Vebinarda  Rusiyadan Hindistana qədər uzanan “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin beynəlxalq yükdaşımaların həcminə xüsusi təsir göstərəcəyi vurğulanıb. Dəhlizin keçdiyi ölkələrdə infrastruktur layihələri, yüklərin cəlb edilməsi istiqamətində görülən tədbirlərdən danışılıb.

Görüşdə iştirak edən “ADY Konteyner” şirkətinin direktoru Natiq Cəfərov ölkəmizin ərazisindən keçən nəqliyyat dəhlizləri, o cümlədən Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin imkanları barədə geniş məlumat verib. “ADY Konteyner” MMC-nin bu günlərdə dəhlizlə  Finlandiyanın Helsinki şəhərindən  Hindistanın Nava Şeva limanına yola düşən ilk konteyner blok qatarının operatorlarından biri olduğunu vurğulayıb. Qatarın 22-23 gün ərzində təyinat stansiyasına çatdırılmasının hədəfləndiyini deyib. Bildirib ki, sözügedən marşrut Süveyş kanalına alternativ kimi dəyərləndirilə bilər. Belə ki, dəniz xətləri ilə müqayisədə bu marşrutla  Avropanın şimalından Hindistana və əks istiqamətdə  yükdaşımaların müddəti kifayət qədər qısalır.

 

Leave a Reply