Qazaxıstanın Kokşetau stansiyasından yola düşən və oktyabrın 30-da Ələt Limanında keçirilən rəsmi mərasim zamanı Bakı-Tbilisi-Qars dəmir yolu ilə Türkiyənin Mersin limanına yola salınan 32 konteynerdən ibarət blok qatar artıq həmin yolla geri göndərilib.
Mersin limanında blok qatar yüklənərək, Türkiyə vaxtı ilə 11.30- da Qazaxıstana yola salınıb. Bununla bağlı Mersində tədbir də keçirilib. Qatarın Qarsa 40 saat ərzində çatacağı gözlənilir. Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolu ilə hərəkət edəcək ikinci yük qatarı artıq dünən, noyabrın 27-də Qazaxıstandan yola salınıb.
Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı 2017-ci il, oktyabrın 30-da keçirilib.