Skip to main content
Uncategorized

Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə hərəkət edən ilk yük qatarı Mersinə çatıb

By Noyabr 4, 2017İyul 8th, 2021No Comments

30 konteynerdən ibarət qatar oktyabrın 24 – də Qazaxıstanın Kokçetau şəhərindən yola çıxıb.
Qatar Qarsdan Mersinə olan 1250 km məsafəni 32 saata qət edib. Hərəkət zamanı orta sürət satda 39 km olub. Qatarı Mersin limanında rəsmi şəxslərlə yanaşı mediya nümayəndələri qarşılayacaq. Xatırladaq ki, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılışı oktyabrın 30 – da baş tutub. Mərasimdə Azərbaycan respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan, Qazaxıstanın Baş naziri Bakıtjan Saqintayev, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Özbəkistanın Baş naziri Abdulla Aripov, həmçinin Tacikistan və Türkmənistandan nümayəndə heyətləri mərasimdə iştirak ediblər.

Leave a Reply