Skip to main content
Uncategorized

Bakıda “Azərbaycan: Avrasiyaya yeni körpü” adlı tədbir keçirilir

By Dekabr 6, 2017İyul 7th, 2021No Comments

Azərbaycan Dəmir Yollarının rəsmi tərəfdaşlığı ilə “Azərbaycan: Avrasiyaya yeni körpü” adlı tədbir keçirilir. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin  ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, QSC sədrinin birinci müavini Əlirza Süleymanov Prezident İlham Əliyevin qayğısı ilə dəmir yolunda həyata keçirilən irihəcmli islahatlar, beynəlxalq nəqliyyat dəhlizlərinin reallaşması prosesindəki son vəziyyət haqqında məlumat verib. “Ernst & Young” şirkətinin, Qiymətləndirmə və Məsləhət Xidmətlərinin MDB ölkələri üzrə məsləhətçisi Boris Poretskinin sədrliyi ilə keçən və iki gün davam edəcək tədbirdə Azərbaycan Dəmir Yollarının regional intermodal daşımalarda rolu; Azərbaycanın tranzit potensialı: Avrasiyaya inteqrasiya yönündə Azərbaycanın hab kimi rolu; Qırğızıstan Respublikasında dəmir yolunun inkişafına dair ümumi məlumat; Trans-Qafqaz və Xəzər dənizi daşımalarının konteynerləşdirilməsi; Qərbi Çinin Yeni İpək Yolu vasitəsi ilə Qərbi Avropaya birləşdirilməsi; Cənubi Qafqaz nəqliyyat mərkəzi: Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişmələri; İqtisadi inkişaf üçün sərmayə və əməkdaşlıq; Nəqliyyat innovasiyaları və qarşılıqlı əlaqə; Yeni inteqrasiyalaşdırılmış dəmir yolu dəhlizlərinin yaradılması; Tehran metrosunun yenilənməsi; Yüksək sürətli qatarlarda yenilik və rəqəmsallaşdırma: açıq havada ilk yüksəksürətli qatar; Yüksəksürətli dəmir yolu nəqliyyatının davamlılığı və əlaqəli amillər; Dəmir yolunda kibertəhlükəsizlik risklərinin idarə olunması; Davamlılıq, dəmir yolunda yeni və bərpaolunan enerji mənbələri və digər məsələlər müzakirə olunur.Tədbirdə Azərbaycan, Türkiyə, İran, İraq, Əfqanıstan, İraq, Pakistan, Qazaxıstan, Özbəkistan, Türkmənistanın və digər ölkələrin nəqliyyat nazirliklərinin, dəmir yolu şirkətlərinin, eləcə də özəl qurumların nümayəndələri iştirak edir.

Leave a Reply