Skip to main content
Uncategorized

Bakıda Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun inkişaf perspektivləri müzakirə olunub

By Noyabr 15, 2017İyul 8th, 2021No Comments

Bakıda “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası  Hüquqi Şəxslər Birliyinin ümumi yığıncağı keçirilib.

Tədbirdə aşağıdakı məsələlər müzakirə olunub: 2017-ci il üzrə BTNM BA HŞB-nin işinə dair yekun hesabat; 2018-ci il üçün daşınma həcminə dair planın təstiqlənməsi; 2018-ci il üçün BTNM BA HŞB-nin  büdcəsinin təsdiqlənməsi; 2018-ci il üçün tədbirlər planının, Ümumi yığıncaq iclasları üzrə planın, 2018-ci il üçün illik üzvlük haqqının miqdarının və həmçinin BTNM BA HŞB-nin ştat cədvəlinin təsdiqlənməsi; 2018-ci il üçün BTNM üzrə tariflərin razılaşdırlması və təsdiqlənməsi; 2018-ci il üçün Bakı-Tiflis-Qars dəmir yolu üzrə tariflərin razılaşdırlması və təsdiqlənməsi; 2017-ci il üçün BTNM BA HŞB-nin maliyyə-təsərrüfat fəaliyyətinə dair auditin keçirilməsi; Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin İstanbul şəhərində (Türkiyə Respublikası) nümayəndəliyinin açılması və büdcəsinin təsdiq edilməsi və BTNM BA HŞB-nə yeni üzvlərin qəbulu.

Müzakirələrdə ölkələrarası yük axınının artırılması, həmçinin Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun səmərəli istifadəsi, Avrasiyada perspektiv nəqliyyat dəhlizlərindən biri kimi BTNM-in vacibliyi qeyd olunub. Eyni zamanda bu dəhlizin potensialından istifadə edilməsinin, bu istiqamətə yük axınının cəlb edilməsinin zəruriliyi vurğulanıb. Qeyd oluinub ki, oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verilib. Bundan sonra Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutuna tranzit axını güclənəcək.

“Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası  Hüquqi Şəxslər Birliyinin ümumi yığıncağının sonunda  “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, “Qazaxıstan Dəmir Yolları” Milli Şirkətinin prezidenti Kanat Alpısbayev, “Gürcüstan Dəmir Yolu” SC-nin sədr müavini Aleksi Nikolaşvili, Türkiyənin Dəmir Yolunun yük daşımaları üzrə  baş direktoru Veysi Kurt,  “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov və Batumi Dəniz Limanının baş direktorunun müavini İlyas Mukatovun iştirakı ilə müvafiq sənədlər imzalanıb.

Leave a Reply