Skip to main content
Uncategorized

Bakıda “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Qərb marşrutunun inkişafına dair İşçi Qrupun 4-cü iclası keçirilib

By Noyabr 30, 2019İyul 7th, 2021No Comments

Yığıncaqda Azərbaycan, Rusiya, Belarus, İran dəmir yollarının və Hindistanın CONCOR – konteyner korporasiyasının nümayəndə heyətləri iştirak ediblər. İşçi qrupunun iclasına “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkətləri olan “ADY Konteyner” və “ADY Express” MMC-lərin rəhbərləri də qatılıblar.

28-29 noyabr 2019-cu il tarixlərində, 2 gün ərzində keçirilən iclasda Hindistan-İran-Azərbaycan-Rusiya-Belarus-Avropa marşrutunda yükdaşımalar sisteminin inkişafı və təkmilləşdirilməsi prossesləri müzakirə edilib. Tərəflər Hindistandan İran, Azərbaycan, Belarus və Avropaya nəql olunan yüklər haqqında infomasiyanı təhlil edərək həmin yüklərin Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinə cəlb olunması məsələsini araşdırıblar. Bundan başqa marşrutda yüklərin nəqli prossesi zamanı yaranan problemlər və onların həllini müzakirə edərək, həyata keçirilən infrastruktur layihələrin icrası məsələlərini də diqqət mərkəzində saxlayıblar. Bunların arasında İran ərazisində tikintisi davam etdirilən Astara yük terminalı və Rəşt-Astara dəmir yolunun inşası olub. Astara yük terminalında aparılan inşa işləri haqqında geniş təqdimat olunub, onun hazırki vəziyyəti və perspektivləri barədə danışılıb. Terminaldan aşırılan artan yük həcmləri qeyd olunaraq onların perspektivləri müzakirə olunub. Bildirilib ki, hazırki zamanda Astara terminalı vasitəsi ilə aşırılıan gündəlik yüklərin həcmi eyni dövrlə müqaisədə 30 faiz artırılıb. Toplantıda o da vurğulanıb ki, bu ilin noyabr ayında Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi vasitəsi ilə İrandan Belarusa ilk dəfə yüklərin nəqlinə start verilib. Marşrutda yüklərin daha tez və effelktiv nəqlinin təşkili üçün Hindistan-İran dəniz marşrutunun inkişafı məslələlərinin də müzakirə olunduğu iclasda, dəhlizdə marketing araşdırmalarının aparılması və vahid operatorun yaradılmasının zəruriliyi vurğulanıb.

İclasın yekununa dair tərəflər arasında protokol imzalanıb.

Leave a Reply