Skip to main content
Uncategorized

Berlində Azərbaycanın nəqliyyat, tranzit və logistika potensialına həsr olunmuş biznes – forum keçirilib

By Noyabr 23, 2017İyul 7th, 2021No Comments

Almaniyanın paytaxtıı Berlində “Transxəzər Şərq-Qərb ticarət və tranzit dəhlizinin imkanları” mövzusunda biznes-forum keçirilib. Tədbir Azərbaycanın Almaniyadakı səfirliyinin təşkilatçılığı, Alman-Azərbaycan Forumu, Alman İqtisadiyyatının Şərq Komitəsi və “Deutsche Bank”ın dəstəyi ilə baş tutub. Tədbirdə Almaniyanın dövlət qurumlarının, özəl sektorun və kütləvi informasiya vasitələrinin 100-ə yaxın nümayəndəsi iştirak edib. Toplantıya həmçinin “Deutsche Bahn Engineering and Consulting GmbH”, “Airbus”, “Kühne & Nagel”, “Kocks Ardelt Kranbau GmbH”, “Uniper” və digər qabaqcıl şirkətlər qatılıblar.

Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov çıxışında ölkəmizin iqtisadiyyatının şaxələndirilməsində və qeyri-neft sektorunun inkişafında nəqliyyat sektorunun əhəmiyyətini vurğulayıb və Azərbaycanın transregional nəqliyyat bağlantılarının daha da gücləndirilməsinə verdiyi töhfə barədə danışıb. O, Azərbaycanın həyata keçirdiyi regional layihələr və alman şirkətləri üçün yaranan biznes perspektivlərini qeyd edib. Mixael Harms çıxışında cari ildə Azərbaycanda səfərdə olduğunu və təmsil etdiyi Alman İqtisadiyyatının Şərq Komitəsinin gələn il ölkəmizə yüksək səviyyəli nümayəndə heyətinin səfərini həyata keçirəcəyini bildirib. Natiq  Azərbaycanın nəqliyyat və logistika sahələrində əməkdaşlıq üçün yeni imkanların yarandığını qeyd edib.

Tədbirdə iştirak edən  “ADY Konteyner” MMC-nin direktoru Natiq Cəfərov “Şərq-Qərb, Şimal-Cənub, Cənub-Qərb dəmir yolu şəbəkələri vasitəsilə yeni tranzit imkanları” mövzulsunda məruzə İlə çıxış edib. Sonra tədbir iştirakçılarının sualları cavablandırılıb.

Biznes-forumda Trans-Xəzər nəqliyyat dəhlizi haqqında videoçarx nümayiş olunub.

Leave a Reply