Skip to main content
Uncategorized

BTQ dəmir yolu layihəsinin icra olunmasında fərqlənən dəmiryolçular mükafatlandırılıblar

By Noyabr 28, 2017İyul 7th, 2021No Comments

Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin icra olunmasında fərqlənən bir qrup dəmir yolu işçisinə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə orden, medal və fəxri adlar verilib. Tbilisidə mükafatlar sahiblərinə təqdim olunub. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov ölkəmizin təşəbbüsü ilə reallaşan BTQ layihəsinin əhəmiyyətindən danışıb. Bildirilib ki, Asiya ilə Avropanı birləşdirən bu yolun istifadəyə verilməsi region dövlətlərinin inkişafında mühüm rol oynayacaq. Sədr deyib ki, Azərbaycan Prezidentinin Sərəncamı ilə dörd nəfərə “Əməkdar Mühəndis” fəxri adı verilib, üç nəfər üçüncü dərəcəli “Əmək Ordeni”, 23 nəfər isə “Tərəqqi” medalı ilə təltif olunublar. Təltif olunanlardan ikisi Gürcüstan vətəndaşlarıdır.

Təltif olunanlar göstərilən diqqət və qayğıya, belə yüksək dövlət mükafatına layiq görüldüklərinə görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını bildiriblər.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov jurnalistlərə müsahibəsində deyib ki, biz əsrin ən iri 100 layihəsindən olan BTQ-ni istifadəyə verməklə nəyə qadir olduğumuzu dünyaya sübut etdik. Azərbaycan Prezidentinin bu mükafatı da dəmiryolçular qarşısında böyük vəzifələr qoyur. Dəmiryolçular bundan sonra daha əzmlə çalışacaqlar.

Leave a Reply