Skip to main content
Uncategorized

BTQ ilə hərəkət edəcək ilk yük qatarı “Balakən” bərə – gəmisi ilə Bakıya yola salınıb

By Oktyabr 28, 2017İyul 8th, 2021No Comments

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu çərçivəsində Qazaxıstanın Kokşetau şəhərindən Türkiyənin Mersin limanına yola salınan 30 konteynerdən ibarət ilk yük qatarı Xəzər Dəniz Gəmiçiliyi QSC – yə məxsus “Balakən” bərə – gəmisi ilə Bakıya yola salınıb. Konteynerlər bərə – gəmiyə Qazaxıstanın Kurık limanında yüklənib. “Balakən” Ələt Limanına yan alacaq. Daha sonra isə Bakı – Tbilisi – Qars dəmir yolu ilə yoluna davam edəcək.

Leave a Reply