Skip to main content
Uncategorized

BTQ ilə hərəkət edəcək Türkiyənin 2-ci ixrac qatarı Çinə yola düşüb

By Dekabr 22, 2020İyul 5th, 2021No Comments

Türkiyədən Çinə ixrac yükləri daşıyan ikinci konteyner qatarı artıq yola düşüb. Bakı-Tbilisi-Qars  dəmir yolu xətti ilə İstanbuldan Siana  yola salınan növbəti ixrac qatarının operatoru  Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun üzvləri – ADY Konteyner (Azərbaycan), KTZ Express (Qazaxıstan), GR Logistics (Gürcüstan) və Pasifik Eurasia Logistics (Türkiyə) şirkətləridir.

Qatar İstanbul (Marmaray)–Köseköy–Ankara–Sivas-Qars xətti ilə hərəkət edərək, Axalkalaki stansiyasına gələcək. Burada ölkə xaricindəki nəqliyyat şəbəkəsinə qoşulacaq. Daha sonra  Gürcüstandan Azərbaycan istiqamətində  hərəkət edəcək. Konteyner qatarı Xəzər dənizindən operatoru ADY konteyner olan  fider gəmisi vasitəsilə Qazaxıstana yola salınacaq.

Qeyd edək ki, logistik məhsul əsasən Pasifik Eurasia Logistics və ADY Konteyner-in birgə layihəsidir.
Qatar 2 qitə, 2 dəniz və 5 ölkədən keçəcək.

42 konteynerdən ibarət qatar vasitəsilə Siana soyuducular  çatdırılacaq.

Leave a Reply