Skip to main content
Uncategorized

BTQ ilə Türkiyədən Çinə üçüncü ixrac qatarı yola salınıb

By Mart 1, 2021İyul 5th, 2021No Comments

Türkiyənin daha bir ixrac yük qatarı Çinə istiqamət götürüb. Kösəköy stansiyasından  yola çıxan konteyner blok qatarının son təyinat məntəqəsi Çinin Sian şəhəridir. Qatar hər biri 40 futluq olmaqla  41 konteynerdən ibarətdir. Yükü isə Türkiyə istehsalı olan elektrik avadanlıqlarıdır.
Qatar Bakı- Tbilisi – Qars dəmir yolu ilə hərəkət edərək Bakıya çatdıqdan sonra fider gəmisi vasitəsilə Qazaxıstanın Aktau limanına yola salınacaq. Daha sonra isə yolunu dəmir yolu ilə davam etdirəcək.
Bu, qardaş ölkədən dünyanın ən iri iqtisadiyyatlarından biri olan Çinə yola salınan  sayca üçüncü ixrac qatarıdır.

Leave a Reply