Skip to main content
Uncategorized

Türkiyədən BTQ dəmir yolu ilə Rusiyaya ilk ixrac qatarı yola salınıb

By Yanvar 29, 2021İyul 5th, 2021No Comments

Azərbaycan, Türkiyə və Rusiya arasında dəmir yolu sahəsində üçtərəfli əməkdaşlıq formatında daha bir layihəyə start verilib. Bu dəfə Türkiyədən Rusiyaya ixrac yüklərindən ibarət konteyner qatarı yola salınıb. 15 konteynerdən ibarət qatar Türkiyənin Ankara şəhərindən Rusiyanın  Vorsino stansiyasına istiqamət götürüb. Qatarın ümumilikdə 4 min 650 kilometrlik polad magistralı 8 günə qət edəcəyi gözlənilir.

40 futluq konteynerlərdən ibarət olan qatarın yükü, əsasən, Türkiyə istehsalı olan  məişət əşyalarıdır. Yükün ümumi çəkisi isə 150 tondur.

Qatar  Bakı – Tbilisi – Qars dəmir yolu və “Şimal –  Cənub” Nəqliyyat Dəhlizi vasitəsilə, Türkiyə, Gürcüstan, Azərbaycan ərazisindən keçərək Rusiya ərazisinə daxil olacaq.

Daşımanın operatorları Pasifik Eurasia Logistics (Türkiyə),  GR Logistics (Gürcüstan), ADY Konteyner (Azərbaycan) və Rusiyanın JSC “Russian Railways Logistics” şirkətləridir.

Qeyd edək ki, ötən ilin sonunda Türkiyədən Çinin Sian şəhərinə 2 ixrac qatarı çatdırılıb.

Leave a Reply