Skip to main content
Uncategorized

Çin-Azərbaycan istiqamətində ikinci konteyner blok qatarı Bakıya çatıb

By Aprel 21, 2021İyul 4th, 2021No Comments

Çinin Çinqdao şəhərindən ölkəmizə yola salınan ikinci konteyner blok qatarı Bakı limanına çatıb. Qatar hər biri 40 futluq olmaqla 51 konteynerdən ibarətdir.

Daşıma Çin Dəmir Yolları (CRCT) və Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun üzvləri olan “KTZ Express”, “ADY Konteyner” MMC  və “GR Logistics and Terminals”-ın əməkdaşlığı çərçivəsində həyata keçirilib.

Konteynerlər Aktau limanına çatdıqdan sonra operatoru “ADY Konteyner” MMC olan “Baris” fider gəmisi vasitəsilə Bakı limanına çatdırılıb.

Blok qatara daxil olan 10  konteyner Bakıdan Gürcüstana, 3-ü isə Türkiyəyə yola salınacaq.

Qeyd edək ki, Çinqdao-Bakı marşrutu ilə ilk konteyner blok qatarı bu ilin fevralında Bakıya çatıb.

2021-ci ilin sonunadək “ADY Konteyner” MMC tərəfindən Çin-Azərbaycan istiqamətində 50-dək konteyner blok qatarının nəql olunması planlaşdırılır.

Leave a Reply