Bakıda “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin ümumi yığıncağı keçirilib.
Tədbirdə 2018-ci ilin birinci rübündə TBNM üzrə yüklərin daşınması planının yerinə yetirilməsi; “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin İdarə Heyətinin tərkibinə dəyişikliklərin edilməsi; 2017-ci il və 2018-ci ilin birinci rübündə Konsorsiumun görülən işlər haqqında hesabatı; Fider gəmisinin işə salınması və onun fəaliyyətinin ilkin nəticələri; Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu üzrə buğdanın daşınmasına dair təsdiq edilmiş tariflərin paxlalı bitkilərin daşınmasına da aid edilməsinə dair “KTZ Express” SC-nin müraciətinə baxılması; Qazaxıstan kömürünün yarımvaqonlarla Gürcüstan limanları istiqamətində daşınması və tranzit imkanlarının nəzərdən keçirilməsi, eləcə də kömürün daşınması üçün rəqabətədavamlı tariflərin işlənib təsdiqlənməsi; Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu (KZX stansiyası – Dina Nurpeisova/Kiqaş – Samur/Yalama – Böyük Kəsik/Qardabani – Poti/Batumi/Axalkalaki) üzrə vaqon və konteynerlə buğdanın daşınma tariflərinin aşağı salınmasına dair “KTZ Express” SC-nin müraciətinin nəzərdən keçirilməsi; TBNM marşrutlarında tarif dərəcələrini formalaşdırmaq və təsdiq etmək səlahiyyətinin İşçi qrupa həvalə edilməsi masələsinin (01.04.2017-ci il tarixində Bakıda İdarə Heyətinin təsdiq etdiyi), İşçi qrupuna dair Əsasnaməyə müvafiq dəyişikliklərin edilməsi ilə Ümumi yığıncaqda baxılmağa çıxarılması; Çin-Türkiyə/Cənubi Avropa və əks istiqamətdə konteyner daşımalarının artırılması məqsədi ilə TBNM-in rəqabətə davamlılığının artırılması;
TBNM üzrə Xəzər dənizi ilə fider gəmilərində konteyner daşınması üçün nəzərdə tutulan tariflərin 01 aprel 2018-ci il tarixindən təsdiqlənməsi və tətbiqi; “Anaklia Development Consortium” (Gürcüstan) və “Kazmortransflot” MDGŞ (Qazaxıstan) adlı şirkətlərin TBNM BA HŞB-nə üzv qəbul edilməsi və digər məsələlər müzakirə olunub.
Tədbirin sonunda “Azərbaycan Dəmir Yolları” QSC, “Qazaxıstan Dəmir yolları” SC, “Gürcüstan Dəmir Yolları” SC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC, Aktau Beynəlxalq Dəniz Ticarət Limanı, Batumi Dəniz Limanı, Türkiyə Dövlət Dəmir Yolları, “Ukrayna Dəmir Yolları” SC arasında müqavilə imzalanıb.