Skip to main content
Xəbərlər

Çindən Azərbaycana blok qatarlarla yükdaşımalar bərpa edilib

By Dekabr 5, 2023No Comments

Müəyyən fasilədən sonra Çindən Azərbaycana konteyner blok qatarı ilə ilk yükdaşıma həyata keçirilib. Siandan yola salınan qatar artıq Bakı limanına çatıb. Çindən ölkəmizə ümumikdə 110 TEU yük – elektrik avtomobilləri, tikinti materialları, sənaye məhsulları çatdırılıb.

Daşıma Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə, Xian Free Trade Port Construction and Operation, KTZ Express və “ADY Konteyner” MMC-nin əməkdaşlığı çərçivəsində həyata keçirilib.

“ADY Konteyner” MMC yeni blok qatarların təşkili istiqamətində Çin şirkətləri ilə əməkdaşlığı genişləndirir.