Yaşıllığa doğru bizimlə!
“ADY Konteyner” MMC öz fəaliyyətini kommersiya məqsədləri ilə yanaşı dayanıqlı inkişaf və ətraf mühit, resurslara qənaət, tarazlı iqtisadi və sosial tərəqqi üzrə prioritetlər üzərində qurur. “ADY Konteyner” MMC-nin missiyası bu prioritetlərə əsaslanmaqla uzunmüddətli dönəmdə aşağıdakılara nail olmaqdan ibarətdir:
Dayanıqlı inkişaf və ətraf mühit prioritetləri üzrə:
- Azərbaycan Dəmir Yollarının hazırda ölkə üzrə karbon dioksid emissiyasındakı 0,08 faiz minimal payını nəzərə alaraq, Azərbaycan Dəmir Yollarının ölkəmizin nəqliyyat sektorunun karbonsuzlaşdırılması üzrə siyasətinə uyğun şəkildə fəaliyyət göstərməklə Azərbaycanın BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmasına şərait yaratmaq;
- Azərbaycanda “yaşıl” nəqliyyat prinsipinin inkişaf etdirilməsi yolu ilə ümumilikdə ölkənin dayanıqlı inkişafına töhfə vermək;
- Ekoloji təhlükəsizliyin artırılması vasitəsilə Azərbaycanda və regionda ekoloji cəhətdən səmərəli xidmət göstərən aparıcı şirkətə çevrilmək;
Resurslara qənaət, tarazlı iqtisadi və sosial tərəqqi üzrə prioritetlər
- Yüklərin daha çox dəmir yolu ilə daşınmasının təşviqi vasitəsilə avtomobil yollarına düşən ağırlığı azaltmaq;
- Genişlənməkdə olan dəmir yolu ilə yükdaşımalar sahəsinin cəmiyyət tərəfindən qəbul olunmasına dəstək vermək;
- Azərbaycanda ümumilikdə «intermodallıq» konsepsiyasını təşviq etmək;
- Konteynerlərlə daha çox son məhsulların daşındığını nəzərə alaraq, ümumilikdə konteynerləşmə prosesini sürətləndirməklə ölkənin daha çox sənayeləşməsinə, istehsalın diversifikasiyasına və daha çox əlavə dəyərə malik son məhsul istehsalının nəql olunmasına şərait yaratmaq;
- Avrasiya regionunda ölkəmizin tranzit qovşağına çevrilməsi üçün Azərbaycanın nəqliyyat və logistika sahəsində fəaliyyət göstərən şirkətlərin ədalət, bərabərlik və şəffaflıq prinsipləri əsasında mürəkkəb logistik həll və məhsullara çıxışını təmin etmək.