Türkiyədən Çinə ixrac yükləri daşıyan ilk konteyner qatarı yola düşüb. Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə İstanbuldan Siana yola salınan ilk ixrac qatarının operatoru Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun üzvləri – ADY Konteyner (Azərbaycan), KTZ Express (Qazaxıstan), GR Logistics (Gürcüstan) və Pasifik Eurasia Logistics (Türkiyə) şirkətləridir.
Qatar İstanbul (Marmaray)–Köseköy–Ankara–Sivas-Qars xətti ilə hərəkət edərək, Axalkalaki stansiyasına gələcək. Burada ölkə xaricindəki nəqliyyat şəbəkəsinə qoşulacaq. Daha sonra Gürcüstandan Azərbaycan istiqamətində hərəkət edəcək. Konteyner qatarı Xəzər dənizindən operatoru ADY konteyner olan fider gəmisi vasitəsilə Qazaxıstana yola salınacaq.
Qeyd edək ki, logistik məhsul əsasən Pasifik Eurasia Logistics və ADY Konteyner – in birgə layihəsidir.
42 konteynerdən ibarət qatar vasitəsilə Siana soyuducular çatdırılacaq. Qatar 8693 kilometr yolu 12 günə qət edəcək.