Skip to main content
Uncategorized

İşğaldan azad olunmuş ərazilərimizə ilk konteyner blok qatarı yola salınıb

By Oktyabr 15, 2021No Comments

“ADY Konteyner” MMC ilk dəfə olaraq  TURKUAZ layihəsi çərçivəsində işğaldan azad olunmuş ərazilərimizə – Şərqi Zəngəzur İqtisadi Zonasına  Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə konteyner daşımasını həyata keçirir. Qatarla  payızlıq əkin üçün toxumluq buğda gətirilir.

28 konteynerdən ibarət ilk blok qatar Türkiyənin Tekirdağ bölgəsindən (İstanbul) yola salınıb. Konteynerlər 40 futluqdur. Qatar ölkəmizin ərazinə çatdıqdan sonra  dəmir yolu nəqliyyatı vasitəsilə müəyyən olunmuş stansiyaya qədər gətiriləcək. Daha  sonra  konteynerlər avtomaşınlara  aşırılaraq işğaldan azad olunmuş Zəngilan və Qubadlı rayonlarına çatdırılacaq.

TURKUAZ layihəsi –  “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Konteyner”- in Türkiyənin “Pasifik Eurasia Logistics” və Gürcüstanın “GR Logistics and Terminals” şirkətləri ilə birgə hazırladığı yeni logistik məhsuldur.