Skip to main content
Uncategorized

İtaliya yüklərinin dəmir yolu ilə Azərbaycandan keçməklə Mərkəzi Asiyaya sınaq daşımalarına başlanılır

By İyul 19, 2018İyul 7th, 2021No Comments

“ADY Konteyner” şirkəti İtaliyadan gələn yüklərin Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə İran və ya Mərkəzi Asiya ölkələri və Çinə nəql edilməsi üçün sınaq daşımalarına başlayır.

Bu barədə “ADY Konteyner” şirkətinin direktoru Natiq Cəfərov AZƏRTAC-a eksklüziv açıqlamasında deyib.O bildirib ki, bu yaxınlarda “İtaliya Milli Dəmir Yolları” ilə yüklərin İtaliyanın Triest və Bari limanlarından Türkiyənin Mersin limanına çatdırılaraq, oradan da Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə Azərbaycan ərazisindən keçərək, İran və ya Mərkəzi Asiya ölkələri və Çinə nəqli perspektivləri müzakirə olunub. Artıq bu barədə razılığa gəlinib və tezliklə bu istiqamətdə sınaq daşımalarına başlanılacaq.

Leave a Reply