Skip to main content
Uncategorized

Konteyner qatarı Çindən Türkiyəyə rekord qısa müddətdə çatdırılıb

By İyul 5, 2020İyul 6th, 2021No Comments

Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun üzvləri – ADY Konteyner (Azərbaycan), KTZ Express (Qazaxıstan), GR Logistics (Gürcüstan) və Pasifik Eurasia Logistics (Türkiyə) Çinin Sian şəhərindən çıxan konteyner qatarının  Türkiyənin İzmit şəhərinə rekord qısa müddətdə çatdırılmasını təmin ediblər.

Müxtəlif yüklərin daşındığı 43 ədəd qırx futluq konteynerdən ibarət qatarı Qazaxıstanın Aktau limanından Bakı limanına operatoru “ADY Konteyner” şirkəti olan “Beket-Ata” fider gəmisi ilə çatdırılıb. Burada isə qısa zaman ərzində konteynerlər platformalara yüklənərək Bakı-Tbilisi-Qars dəmir yolu (BTQ) vasitəsilə Türkiyə istiqamətində  yola salınıb.

Qatar Bakı Limanından Böyük Kəsik stansiyasına qədər olan məsafəni rekord qısa zamanda – 14 saata (normativ 24 saat), yəni 10 saat tez qət edib. Qatar marşrutun Türkiyə ərazisinndəki hissəsini 50 saata qət edib. Bu isə normativdən 70 saat tez deməkdir.

Qeyd edək ki, epidemioloji vəziyyətlə əlaqədar yaranmış bəzi çətinliklərə baxmayaraq, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə (TBNM) yükdaşımalar sanitar – epidemioloji normalara riayət edilməklə fasiləsiz olaraq davam etdirilir.

Leave a Reply