Çin Xalq Respublikasının paytaxtında “Bir kəmər, bir yol” təşəbbüsünün reallaşmasında Transxəzər Beynəlxalq Şərq-Qərb Ticarət və Nəqliyyat dəhlizinin rolu mövzusunda beynəlxalq konfrans keçirilib. Azərbaycanın təşəbbüsü, Türkiyə, Qazaxıstan və Gürcüstanın Pekindəki səfirliklərinin təşkilatçılığı, Çinin Kommersiya Nazirliyinin dəstəyi ilə keçirilən konfrans Transxəzər Beynəlxalq Şərq-Qərb Ticarət və Nəqliyyat dəhlizinin təşviqi məqsədi daşıyıb. Konfransın açılışında Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev, Çin kommersiya nazirinin müavini Van Şouven, Türkiyənin iqtisadiyyat nazirinin müavini Fatih Metin, Qazaxıstanın investisiya və inkişaf nazirinin müavini Roman Sklyar, Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Georgi Çerkezişvili, çıxış ediblər.Sonra Transxəzər Beynəlxalq Şərq-Qərb Ticarət və Nəqliyyat dəhlizinə dair film nümayiş olunub, panel iclasları keçirilib. İclasda Azərbaycan Dəmir Yolları QSC – nin sədri Cavid Qurbanov çıxış edib. C. Qurbanov çıxışında Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu barədə geniş məlumat verib. Orta koridorun Çin kimi nəhəng iqtisadiyyata malik olan ölkə və dünyanın ən böyük bazarindan biri olan Avropa üçün əhəmiyyətli bir marşrut olduğunu diqqətə çatdırıb. Orta koridorun marşrutların diversifikasiya imkanlarını genişləndirdiyini və Avropanın prioritet hesab etdiyi koridorlardan biri olduğunu qeyd edib. Bu koridorun daha da inkişaf etdirilməsi istiqamətində iştirakçı ölkələrdə dövlət tərəfindən ardıcıl tədbirlər görüldüyünü, hazırda Orta koridora daxil olan ölkələrdə dəmir yolu infrastrukturunun yeniləndyini, dəniz limanları və gəmiçilik şirkətlərinin inkişaf etdirildyini, Azərbaycan və Qazaxıstanın Xəzər dənizində yeni limanlar tikərək istifadəyə verdiyini, habelə marşrutda azaq ticarət zonaları və hablar yaradıldığını vurğulayıb. Orta koridorun rəqabət qabiliyyətinin artırılması istiqamətində ən mühüm nailiyyətlərdən biri kimi yenicə istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin olduğunu diqqətə çatdırıb. “Bakı-Tbilisi-Qars dəmir yolu, təkcə Azərbaycan, Gürcüstan və Türkiyə arasında deyil Avrasiya regionunda əməkdaşlığın və ticarətin inkişafına töhvə verməklə Avropa ilə Asiya arasında yükdaşımaların həcminin artmasına şərait yaradacaq. Bakı-Tbilisi-Qars dəmir yolu xətti Orta Koridorun tərkib hissəsi olmaqla Çinlə Avropa arasında ən qısa marşrutdur. Bakı-Tbilisi-Qars dəmir yolu xətti Orta Koridorla yükdaşımaların qiymətini aşağı salmaqla yanaşı, yüklərin çatdırılma müddətini xeyli azaldır”- Cavid Qurbanov bildirib. Konfrans çərçivəsində Çin Dəmir Yolları Körpüləri İnşaati Korporasiyası ilə “Azərbaycan Dəmir Yolları” QSC arasında Memorandum imzalanıb. Cavid Qurbanov azərbaycanl sahibkarlarla da görüşüb. Görüşdə dəmir yolları sahəsində daşımaçılıqla bağlı məsələlər müzakirə olunub.
Uncategorized
Pekində Transxəzər Beynəlxalq Şərq-Qərb Ticarət və Nəqliyyat dəhlizinin rolu mövzusunda konfrans keçirilib
Arxivlər
- May 2024
- Yanvar 2024
- Dekabr 2023
- Noyabr 2023
- Oktyabr 2023
- May 2023
- Aprel 2023
- Mart 2023
- Fevral 2023
- Dekabr 2022
- Noyabr 2022
- Oktyabr 2022
- Sentyabr 2022
- Avqust 2022
- İyul 2022
- İyun 2022
- May 2022
- Aprel 2022
- Fevral 2022
- Yanvar 2022
- Dekabr 2021
- Noyabr 2021
- Oktyabr 2021
- Sentyabr 2021
- İyul 2021
- İyun 2021
- Aprel 2021
- Mart 2021
- Fevral 2021
- Yanvar 2021
- Dekabr 2020
- Oktyabr 2020
- Avqust 2020
- İyul 2020
- Aprel 2020
- Mart 2020
- Fevral 2020
- Yanvar 2020
- Dekabr 2019
- Noyabr 2019
- Oktyabr 2019
- Sentyabr 2019
- İyul 2019
- İyun 2019
- May 2019
- Aprel 2019
- Mart 2019
- Dekabr 2018
- Oktyabr 2018
- Sentyabr 2018
- Avqust 2018
- İyul 2018
- İyun 2018
- May 2018
- Aprel 2018
- Mart 2018
- Fevral 2018
- Yanvar 2018
- Dekabr 2017
- Noyabr 2017
- Oktyabr 2017
- Sentyabr 2017
- Avqust 2017
- İyul 2017
- May 2017
- Aprel 2017
- Fevral 2017
You May Also Like
Uncategorized
Noyabr 17, 2023