Skip to main content
Uncategorized

Qazaxıstanda Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun inkişafı ilə bağlı məsələlər müzakirə olunub

By Dekabr 6, 2017İyul 7th, 2021No Comments

Qazaxıstanın paytaxtı Astana şəhərində Şərq-Qərb nəqliyyat dəhlizinin Orta koridorun – “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin (TBNM BA HŞB) ümumi yığıncağı keçirilib.
Tədbirdə ““Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti, eləcə də Qazaxıstan, Gürcüstan, Türkiyə, Ukrayna və Polşanın dəmir yolu və dəniz daşımaçılığı ilə məşğul olan şirkətlərinin rəhbərləri iştirak ediblər.
“Gürcüstan Dəmir Yolları” SC-nin rəhbərliyində dəyişiklik olduğundan, Astana görüşünün iştirakçıları “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin idarə heyətinin tərkibinin dəyişdirilməsi məsələsini müzakirə edərək təsdiq ediblər. Eyni zamanda tədbirdə, “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının “Türkiyə Cümhuriyyəti Dəmir Yolu Daşımaçılığı” SC-i ilə qarşılıqlı əməkdaşlıq, Orta koridorda konteyner yükdaşımalarının inkişaf perspektivləri, 2018-ci il üçün təsdiq edilmiş yükdaşıma tariflərinə əlavələrin olunması və digər vacib məsələlər diqqət mərkəzində olub.
Müzakirələr zamanı, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsindən sonra, Türkiyə dəmir yolları ilə əməkdaşlığının vacibliyi qeyd edilərək, işbirliyinin dərinləşdirilməsinin əhəmiyyəti vurğulanıb. Bundan başqa Orta Koridorda yük axınının artırılması, həmçinin bu dəhlizin potensialından istifadə edilməsinin və bu istiqamətə yük axınının cəlb edilməsinin zəruriliyi vurğulanıb.
Tədbirin sonunda, müzakirə olunan məsələlər təsdiq olunaraq müvafiq sənədlər imzalanıb.

Leave a Reply