Skip to main content
Uncategorized

Qitələri birləşdirən növbəti qatar Bakı limanına çatıb

By Dekabr 26, 2020İyul 5th, 2021No Comments

Türkiyədən Çinə ixrac yükləri daşıyan ikinci konteyner qatarı 26 dekabr tarixində
Bakı Limanına çatıb. Yük karavanı hər biri 40 futluq olmaqla 42 konteynerdən
ibarətdir və 1400 ədəd soyuducu daşıyır.
Ümumilikdə 8693 kilometr yol qət edəcək yük qatarı Türkiyə daxilində İstanbul
(Marmaray)–Köseköy–Ankara–Sivas-Qars xətti ilə hərəkət edərək, Axalkalaki
stansiyasından ölkə xaricindəki nəqliyyat şəbəkəsinə qoşulub.
Qeyd olunan qatar Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə hərəkət edərək Xəzər
dənizi üzərindən Qazaxıstana, oradan isə Çinin Sian şəhərinə yollanacaq. Bakı-
Tbilisi-Qars dəmir yolu xətti vasitəsilə, Türkiyə Dövlət Dəmir Yollarının dəstəyi ilə
İstanbuldan Siana yola salınan ikinci ixrac qatarının da operatoru Transxəzər
Beynəlxalq Nəqliyyat Konsorsiumunun üzvləri – ADY Konteyner (Azərbaycan), KTZ
Express (Qazaxıstan), GR Logistics (Gürcüstan) və Pasifik Eurasia Logistics (Türkiyə)
şirkətləridir.
Bu qatar da ilk qatar kimi Bakı Limanından Aktau limanına operatoru “ADY
Konteyner” şirkəti olan, “Kazmortransflot”a məxsus “Beket Ata” fider gəmisi
vasitəsilə çatdırılacaq.
Layihəni “Azərbaycan Dəmir Yolları” QSC, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”
QSC, Türkiyə Dəmir Yollları, Gürcüstan Dəmir Yolları, Qazaxıstan Dəmir Yollarının
“Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası çərçivəsində
uğurlu əməkdaşlığının nəticəsi hesab etmək olar.
Məlumat vermək istərdik ki, Türkiyədən Çinə ixrac yükləri daşıyan ilk konteyner
qatarı Bakı Limanına 10 dekabr tarixində çatmışıdır, yüklər 6-7 saat ərzində “Beket
Ata” fider gəmisinə yükləndikdən sonra Qazaxıstanın Aktau limanına yola
düşmüşdü. Əlavə olaraq qeyd edək ki, bu il ərzində Transxəzər Beynəlxalq
Nəqliyyat Marşrutu ilə Xəzər dənizi üzərindən fider gəmiləri vasitəsilə ümumilikdə
12 672 TEU konteyner daşınıb, 2021-ci ildən başlayaraq isə qatarlar bu istiqamət
üzrə ayda iki dəfə olmaqla müntəzəm olaraq hərəkət edəcəklər.

Leave a Reply