Skip to main content
Uncategorized

Qitələri birləşdirən qatar Bakı Limanına çatıb

By Dekabr 10, 2020İyul 5th, 2021No Comments

Türkiyədən Çinə ixrac yükləri daşıyan ilk konteyner qatarı 10 dekabr tarixində Bakı Limanına çatıb. Ümumilikdə 8693 kilometr yol qət edəcək qatar Bakı Limanından keçərək Qazaxıstanın Aktau limanına istiqamətlənib.
Hər biri 40 futluq olmaqla ümumilikdə 42 konteynerdən ibarət və məişət texnikası daşıyan konteyner qatarı Türkiyə daxilində İstanbul (Marmaray)–Köseköy–Ankara–Sivas-Qars xətti ilə hərəkət edərək, Axalkalaki stansiyasından ölkə xaricindəki nəqliyyat şəbəkəsinə qoşulub.
Qeyd olunan qatar Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə hərəkət edərək Xəzər dənizi üzərindən Qazaxıstana, oradan isə Çinin Sian şəhərinə yollanacaq.
Bakı-Tbilisi-Qars  dəmir yolu xətti vasitəsilə, Türkiyə Dövlət Dəmir Yollarının dəstəyi ilə İstanbuldan Siana  yola salınan ilk ixrac qatarının operatoru Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun üzvləri – ADY Konteyner (Azərbaycan), KTZ Express (Qazaxıstan), GR Logistics (Gürcüstan) və Pasifik Eurasia Logistics (Türkiyə) şirkətləridir.

Sayca birinci olan yük karvanı Bakı Limanından Aktau limanına operatoru “ADY Konteyner” şirkəti olan “Beket Ata”  fider gəmisi vasitəsilə çatdırılacaq.
Qeyd edək ki, yük qatarı təyinat məntəqəsi olan Sian şəhərinə ümumilikdə 2 qitə, 2 dəniz və 5 ölkə keçərək çatacaqdır.
Bu qatarlar  2021-ci ildən başlayaraq, ayda iki dəfə olmaqla müntəzəm  hərəkət edəcəklər.

Layihəni  “Azərbaycan Dəmir Yolları” QSC  və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin  “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyi çərçivəsində uğurlu əməkdaşlığının nəticəsi hesab etmək olar.

Qeyd edək ki, bu il ərzində Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə Xəzər dənizi üzərindən fider gəmiləri vasitəsilə ümumilikdə 11 680 TEU konteyner daşınıb.

Leave a Reply