Skip to main content
Uncategorized

“Sian-Praqa” konteyner qatarının Ankarada qarşılanma mərasimi keçirilib

By Noyabr 6, 2019İyul 6th, 2021No Comments

“ADY Konteyner” MMC-nin nümayəndələri Sian-Praqa marşrutu üzrə hərəkət edən konteyner qatarının Türkiyənin paytaxtı Ankara şəhərində keçirilən təntənəli qarşılanma mərasimində iştirak ediblər. Mərasimdə Türkiyənin, Azərbaycanın, Gürcüstanın, Qazaxıstanın və Çinin dəmir yolları üzrə məsul qurumlarının nümayəndələri iştirak ediblər.

Tədbir zamanı Orta Dəhliz, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu marşrutu üzrə yükdaşımaların həcminin artırılması sahəsində regional əməkdaşlığın yeni modelinə dair protokol imzalanıb.

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə hərəkət edən bu qatar Bakı-Tbilisi-Qars dəmir yolu xətti üzərindən keçərək Türkiyədəki Marmaray tuneli ilə dəmir yolu vasitəsilə kəsintisiz, birbaşa Avropaya hərəkət edən ilk yük qatarı olacaq. Yükdaşımanın operatoru Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu konsorsiumudur. Ölkəmizi konsorsiumda “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Container” MMC təmsil edir.

 

Leave a Reply