Skip to main content
Uncategorized

Sianda Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi təqdim olunub

By Fevral 7, 2018İyul 7th, 2021No Comments

Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi yüksək qiymətləndirilib

“Çinlə tranzit sahəsində əməkdaşlıq prioritet istiqamətlərdəndir. Çinin “Kəmər və Yol” təşəbbüsünün reallaşmasında Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin əhəmiyyəti böyükdür. Bu dəhlizin potensialından istifadə iqtisadi sahədə, xüsusilə investisiya, ticarət, tranzit sahəsində əməkdaşlıq üçün əlverişli zəmin yaradır”. AZƏRTAC xəbər verir ki, bu barədə fevralın 7-də Çinin Sian şəhərində “Kəmər və Yol təşəbbüsünün təşviqində Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin rolu” mövzusunda təqdimatda iqtisadiyyat naziri Şahin Mustafayev bildirib. Çıxışında nazir Azərbaycan Respublikası Prezidentinin 2015-ci ildə Çinə dövlət səfərini məhz İpək Yolunun başlanğıcı olan Sian şəhərindən başladığını vurğulayıb, ölkələrimiz arasında əməkdaşlığın bütün sahələrdə genişləndiyini qeyd edib, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin rəqabət qabiliyyəti və üstünlükləri barədə məlumat verib.

Tədbirdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin Çin və Avropanı birləşdirən əhəmiyyətli marşrut olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, Azərbaycanda dəmir yolu infrastrukturu yenilənib, dəhlizin rəqabət qabiliyyətinin artırılmasında xüsusi əhəmiyyəti olan Bakı-Tbilisi-Qars dəmir yolu xətti istifadəyə verilib.

Tədbirdə Azərbaycanın nəqliyyat potensialı və Bakının “Ekspo 2025” sərgisinə namizədliyinə dair təqdimat çarxları nümayiş olunub.

Leave a Reply