Skip to main content
Uncategorized

Tbilisidə İkinci İpək Yolu beynəlxalq konfransı keçirilir

By Noyabr 28, 2017İyul 7th, 2021No Comments

Tbilisidə İkinci İpək Yolu beynəlxalq konfransı işə başlayıb. İki gün davam edəcək konfransda 50 ölkədən mindən çox nümayəndə iştirak edir.

 

Tədbirdə Azərbaycanı nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin rəisi Rauf Vəliyev və digər rəsmi şəxslər təmsil edirlər.

 

Tədbiri Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili açaraq ölkəsinin tarixi İpək Yoluna böyük önəm verdiyini bildirib. Baş nazir Gürcüstanın iqtisadi inkişafı, beynəlxalq layihələrdə iştirakı, investisiya imkanları barədə ətraflı məlumat verib.

 

Konfransda ilk dəfə olaraq Ukrayna və Moldovanın baş nazirləri və Sloveniya baş nazirinin müavini iştirak edirlər.

 

Konfransda böyük İpək Yolunun inkişafı, regional təhlükəsizlik, iqtisadi, enerji, infrastruktur layihələri, logistika, regional əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Leave a Reply