Polşanın paytaxtı Varşava şəhərində “TransPoland-2017” 5-ci Beynəlxalq nəqliyyat və loqistika sərgisi keçirilir. Noyabrın 8-dən 10-dək davam edəcək sərgidə “Azərbaycan Dəmir Yolları” QSC – nin törəmə şirkətləri olan “ADY Konteyner” və “ADY Express” də iştirak edir. 30-a yaxın ölkədən 170 şirkətin təmsil olunduğu sərgidə dəmir yolu sahəsində çalışan iri dövlət şirkətləri, beynəlxalq korporasiyalar, yükdaşımalar və loqistik kompaniyalar və digərləri öz xidmətlərini təqdim edirlər.
Sərgidə yükdaşımalar və loqistika sahəsində öz imkanlarını nümayiş etdirən Azərbaycan şirkətləri iştirakçılara ölkəmizin ərazisindən keçən nəqliyyat marşrutları barədə məlumat veriblər. Keçirilən görüşlərdə Azərbaycan ərazisindən keçməklə Cənub-Qərb, Şərq-Qərb və əks istiqəmətlərdə yüklərin daşınması diqqət mərkəzində olub.
5-ci Beynəlxalq Nəqliyyat və Loqistika sərgisinin işində müxtəlif ölkələrdən 10 minə yaxın mütəxəssis iştirak edir.