Videokonfransda Azərbaycan dəmiryolçularını “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini İqbal Hüseynov və QSC-nin törəmə şirkətləri olan “ADY Konteyner” və “ADY Express” MMC-nin rəhbərləri təmsil ediblər.
Videokonfrans zamanı “Azərbaycan Dəmir Yolları” QSC və “Qazaxıstan Temir Jolı” SC-nin birgə təşəbbüsü olan, Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizində rəqəmsal dəhlizin yaradılması, marşrutda yüklərin nəqli zamanı kağızsız sənəd dövrüyyəsi ilə bağlı gerçəkləşdirilən pilot layihəsinin fəaliyyətinə dair hesabat dinlənilib. Beynəxalq rəqəmsal dəhlizinin yaradılması ilə bağlı ümumi konsepsiyanın işlənilərək TBND-nin ümumi iclasında qəbul olunmasına dair qərar qəbul edilib.
Bundan başqa, TBND-də birgə müəssisənin yaradılmasına dair tapşırığın yerinə yetirilməsi məsələsinə baxılıb və 2020-ci ilin ilk 7 ayı ərzində Aktau-Bakı-Aktau marşrutu üzrə xidmət göstərən fider xəttinin fəaliyyəti haqqında “Kazmortransflot” şirkətinin hesabatı dinlənilib. İclasda eyni zamanda, TransXəzər Beynəlxalq Nəqliyyat Dəhlizində 2020-ci ilin axırına qədər qüvvədə olacaq kömür və kokc yüklərinin vaqonla daşınmasına dair tariflər müyyən
edilib. Cari məsələlərlə yanaşı, Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi ilə TRACECA dəhlizi arasında əməkdaşlıq haqqında memorandum da müzakirə edilib.