Skip to main content
Uncategorized

Türkiyədən Çinə ilk ixrac qatarı Sian şəhərinə çatıb

By Dekabr 19, 2020İyul 5th, 2021No Comments

Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə hərəkət edən, Türkiyədən Çinə ixrac yüklərini daşıyan ilk qatar təyinat nöqtəsi olan Sian şəhərinə çatıb.

Qatar Türkiyədən Çinin Qazaxıstanla sərhədinə rekord müddətdə – 10 gün ərzində çatıb. Belə ki, dekabrın 6-da, səhər 10.30-da Türkiyənin Köseköy stansiyasından tam yüklənərək yola çıxan qatar ayın 16-da Çinin Sincan Uyğur muxtar bölgəsindəki Xorqos quru limanına daxil olub. Bu da planlaşdırılan vaxtdan 2 sutka tez deməkdir.

Hər biri 40 futluq olmaqla ümumilikdə 42 konteynerdən ibarət və məişət texnikası daşıyan konteyner qatarı ümumilikdə 8693 kilometr yol qət edib.

Bakı-Tbilisi-Qars  dəmir yolu xətti vasitəsilə, Türkiyə Dövlət Dəmir Yolları və Pasifik Eurasia Logistics şirkətinin dəstəyi ilə İstanbuldan Siana  yola salınan ilk ixrac qatarının operatoru Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun üzvləri – ADY Konteyner (Azərbaycan), KTZ Express (Qazaxıstan), GR Logistics (Gürcüstan) və Pasifik Eurasia Logistics (Türkiyə) şirkətləridir. Qatar təyinat məntəqəsi olan Sian şəhərinə ümumilikdə 2 qitə, 2 dəniz və 5 ölkə keçərək çatıb.

Qeyd edək ki, hazırda Türkiyədən Çinə ikinci ixrac qatarının göndərilməsi  istiqamətində növbəti sifariş daxil olub. 42 ədəd 40 futluq konteynerdən ibarət qatarın yaxın  günlərdə yola salınacağı gözlənilir.

Leave a Reply