Skip to main content
Uncategorized

Türkiyədən  Çinə mədən sənayesi məhsulu daşıyan konteyner qatarı Bakıya çatıb

By Fevral 5, 2021İyul 5th, 2021No Comments

Türkiyədən Çinə yeni növ yük – mədən sənayesi məhsulu daşıyan  42 konteynerdən ibarət blok qatarı  Bakı Limanına çatıb.
Türkiyənin Ankara şəhərindən Çinin Sian şəhərinə hərəkət edən qatar  “ADY Konteyner” MMC-nin Türkiyə, Gürcüstan və Qazaxıstandakı tərəfdaşları ilə birgə təqdim etdiyi yeni logistik məhsuldur.
Bakı-Tbilisi-Qars dəmir yolu ilə hərəkət edərək Bakı Limanına çatan 40 futluq konteynerlərdən ibarət Türkiyənin növbəti  ixrac qatarı “Beket Ata” fider gəmisi vasitəsilə Qazaxıstanın Aktau limanına yola salınacaq.
Daşımanın operatorları Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun üzvləri – ADY Konteyner (Azərbaycan), KTZ Express (Qazaxıstan), GR Logistics (Gürcüstan) və Pasifik Eurasia Logistics (Türkiyə) şirkətləridir.

 

Leave a Reply