Türkiyənin İstanbul şəhərindən Çinin Sian şəhərinə ixrac yükləri daşıyan daha bir konteyner qatarı Bakı limanından yola salınıb. Qatar hər biri 40 futluq olmaqla 41 konteynerdən ibarətdir. Kontetynerlər operatoru “ADY konteyner” MMC olan “Barıs” gəmisi vasitəsilə Qazaxıstanın Aktau limanına çatdırılacaq. Konteynerlərdə Çinə Türkiyə istehsalı olan sənaye məhsulları daşınır.
Qatar Bakı- Tbilisi – Qars dəmir yolu ilə hərəkət edərək Bakıya çatıb.
Daşımanın operatorları Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun üzvləri – Pasifik Eurasia Logistics, GR Logistics, ADY Konteyner və KTZ Express şirkətləridir.