Skip to main content
Uncategorized

Türkiyənin ixrac konteyner qatarı ilk dəfə olaraq BTQ ilə Rusiyaya gəlib

By Fevral 9, 2021İyul 5th, 2021No Comments

Türkiyədən Rusiyaya ixrac yükləri daşıyan konteyner qatarı Vorsino stansiyasına çatıb. Stansiyada qatarın qarşılanma mərasimi keçirilib. Mərasimdə “Rusiya Dəmir Yolları”nın nümayəndələri, Türkiyənin Rusiyadakı səfiri və digər rəsmi şəxslər iştirak ediblər.
15 konteynerdən ibarət qatar ümumilikdə 4 min 650 kilometr yol qət edib. 40 futluq konteynerlərdə Rusiyaya 4 min ədəd Türkiyə istehsalı olan  məişət cihazları çatdırılıb. Qatar  Bakı – Tbilisi – Qars dəmir yolu və “Şimal –  Cənub” Nəqliyyat Dəhlizi vasitəsilə hərəkət edərək təyinat stansiyasına çatıb.

Daşımanın operatorları Pasifik Eurasia Logistics (Türkiyə),  GR Logistics (Gürcüstan), ADY Konteyner (Azərbaycan) və Rusiyanın JSC “Russian Railways Logistics” şirkətləridir.

Leave a Reply