“TURKUAZ” layihəsi çərçivəsində ilk ekspres konteyner blok qatarı Türkiyədən yola düşüb. Qatar hər biri 45 futluq olmaqla 21 konteynerdən ibarətdir. Paysan stansiyasından yola çıxan qatarın yükü isə bitki mənşəli heyvan yemidir.
TURKUAZ “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Container”- in Türkiyə və Gürcüstandan olan tərəfdaşları ilə birgə hazırladığı yeni logistik məhsuldur.
Ekspres konteyner qatarı həftədə iki dəfə olmaqla İstanbul və Mersin şəhərlərindən Bakıya və əks istiqamətdə yükdaşımalar həyata keçirəcək.
Layihə Bakı-Tbilisi-Qars dəmir yolu ilə yükdaşımaların həcminin artmasına da xidmət edəcək.