Skip to main content
Uncategorized

Xüsusi transmilli nəqliyyat dəhlizlərinin inkişafı məsələsi Türkiyədə müzakirə olunur

By Noyabr 23, 2017İyul 7th, 2021No Comments

Türkiyə Respublikasının İstanbul şəhərində baş tutan İslam Əməkdaşlıq Təşkilatının İqtisadiyyat və Kommersiya əlaqələri üzrə Daimi Komitəsinin (COMCEC) 33-cü Nazirlər Müşavirəsi çərçivəsində, 23 noyabr 2017-ci ildə “Xüsusi transmilli nəqliyyat dəhlizlərinin inkişafı” mövzusunda xüsusi sessiya keçirilir. Tədbirdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətin sədri Cavid Qurbanov rəhbərlik  etdiyi nümayəndə heyəti də iştirak edir.

 

Sessiya xüsusi olaraq Dakar limanı – Sudan dəmir yolu layihəsi, “Bir kəmər-bir yol” təşəbbüsü və Bakı-Tbilisi-Kars layihələri ilə bağlıdır. Sessiya layihələrin reallaşdırılması istiqamətində qarşıya çıxan çətinliklər, bu dəhlizlərin daha yaxşı fəaliyyət göstərmələri  və marşrut üzərində yerləşən  ölkələrinin mümkün əməkdaşlıq əlaqələrinin  müzakirəsinə həsr olunub.

 

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətin sədri Cavid Qurbanov cıxış edərək bu günlərdə açılış mərasimi olan Bakı -Tbilisi – Qars dəmir yolu bağlantısı  barədə ətraflı məlumat verilib. Bildirilib ki, bu dəmir yolu Asiyanı Avropa ilə birləşdirəcək.  Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti üzrə beynəlxalq layihənin həyata keçirilməsi və Bosfor boğazında dəmir yolu tunelinin inşası, Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrinin birləşdirilməsi, yük və sərnişinlərin birbaşa Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə, Avropa  və Asiyaya çıxarılmasını təmin etməklə yanaşı, region ölkələrinin tranzit potensialının artmasına xidmət edəcək.

 

Qeyd edək ki, tədbirdə İslam dünyasının nazir və nümayəndələri, həmçinin beynəlxalq təşkilatların, qeyri-hökumət təşkilatlarının, təhlil mərkəzlərinin, özəl sektor və akademiyanın nümayəndələri də iştirak edirlər.

 

Leave a Reply