Yaponiya nümayəndə heyətinin tərkibində ölkəmizdə səfərdə olan Mitsui & Co.LTD şirkətinin əməkdaşları “ADY Konteyner” MMC-də olublar. Yaponiya tərəfinin Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinə artan marağı nəzərə alınaraq, qonaqlara marşrut barədə ətraflı məlumat verilib.
Yaponiya, Uzaq Şərq və Cənub-Şərqi Asiyadən yüklərin Orta dəhlizlə Türkiyə və Avropay, həmçinin əks istiqamətdə daşınması perspektivləri müzakirə edilib. Qeyd edək ki, Mitsui & Co.LTD şirkəti ölkəmizdə həyata keçirilə bir sıra iri layihələrin icrasında iştirak edib.