Skip to main content
Xəbərlər

“ADY Konteyner” MMC ilə “KTZ Express Honq Konq” MMC arasında tərəfdaşlıq haqqında saziş imzalanıb

By Avqust 24, 2022No Comments

Bakıda keçirilən Qazaxıstan-Azərbaycan işgüzar şurasının 1-ci iclası çərçivəsində “ADY Konteyner” MMC ilə “KTZ Express Honq Konq” MMC arasında tərəfdaşlıq haqqında saziş imzalanıb.

Sazişdə multimodal yük daşımaların və transkontinental konteyner daşımalarının inkişafı sahəsində əməkdaşlığın dərinləşdirilməsi üzrə məsələlər, o cümlədən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi, Çin – Azərbaycan – Çin, Orta Asiya – Azərbaycan – Orta Asiya və digər perspektivli istiqamətlər üzrə birgə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Tərəflər, həmçinin yuxarıda adı çəkilən istiqamətlər üzrə hər iki tərəfə konteyner blok qatarlarının formalaşdırılması, yüklərin cəlb edilməsi üzrə əməkdaşlıqla bağlı razılığa gəliblər.