Skip to main content
Uncategorized

“ADY Konteyner” MMC-nin nümayəndəsi Çexiyada Azərbaycanın tranzit-nəqliyyat imkanları təqdimatında çıxış edib.

By May 11, 2018İyul 7th, 2021No Comments

Azərbaycanın tranzit-nəqliyyat imkanları Çexiyanın Sənaye və Ticarət Nazirliyində keçirilən “Şərq-Qərb Ticarət və Tranzit Dəhlizi” beynəlxalq forumunda təqdim olunub.  Azərbaycanın Çexiyadakı səfirliyinin təşəbbüsü və Praqada akkreditə olunmuş Çin, Qazaxıstan, Gürcüstan və Türkiyə səfirliklərinin birgə təşkilatçılığı ilə keçirilən tədbirə Çexiyanın bir sıra dövlət və işgüzar dairələrinin nümayəndələri qatılıb.  Forum, Çindən Mərkəzi Asiya və Transxəzər regionu vasitəsilə Avropaya tranzit və yük daşımalarının artırılması imkanlarını müzakirə etmək, o cümlədən yükdaşımaları ilə məşğul olan Çex şirkətlərinin Transxəzər beynəlxalq nəqliyyat marşrutuna cəlb etmək məqsədini daşıyıb. Forumda, Çexiyanın Sənaye və Ticarət Naziri Tomas Huner, Azərbaycan, Çin Qazaxıstan, Gürcüstan və Türkiyənin Praqada akkreditə olunmuş səfirləri açılış nitqi ilə çıxış edib, eləcə də həmin ölkələrdən təmsil olunan dövlət, özəl və akademik dairələrin nümayəndələri təqdimatlar keçiriblər.

“ADY Konteyner” MMC-nin nümayəndəsi Rəşad Məcidov forumda çıxış edərək son zamanlar Azərbaycanda dəmir yolu ilə yükdaşımalar sahəsində həyata keçirilən infrastruktur layihələri və institusional islahatlar barədə iştirakçılara geniş məlumat verib. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsinin, Azərbaycanın iştirakçısı olduğu beynəlxalq nəqliyyat dəhlizlərinin və marşrutlarının yükdaşımalar sahəsində yaratdığı potensial imkanlar tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Həmçinin forum zamanı “ADY Konteyner” MMC-nin nümayəndəsi bir sıra ikitərəfli görüşlər keçirib. Belə ki, Çex Respublikasının Nəqliyyat Nazirliyinin nümayəndəsi, Çex Dəmir Yollarının törəməsi olan “ÇD Kargo” və “ÇD Logistics” şirkətlərinin nümayəndələri ilə görüşlər keçirilmiş və Çex Respublikası ilə İran, Qazaxstan və Çin arasında yükdaşımaların Azərbaycan üzərindən həyata keçirilməsi imkanları müzakirə edilmişdir.

Leave a Reply