Skip to main content
Uncategorized

“ADY Konteyner” şirkəti “TransCaspian 2019” sərgisində təmsil olunur

By İyun 11, 2019İyul 6th, 2021No Comments

Bakı Sərgi Mərkəzində XVIII Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika – “TransCaspian 2019” sərgisi açılıb.

Sərgidə “Azərbaycan Dəmir Yolları” QSC və  qurumun törəmə şirkəti olan “ADY Konteyner” MMC təmsil olunurlar.

Xəzəryanı regionda aparıcı nəqliyyat tədbiri sayılan “TransCaspian – 2019″ sərgisində Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, Şimal-Cənub və Cənub-Qərb Beynəlxalq Nəqliyyat Dəhlizləri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti ziyartəçilərə təqdim edilib.
Azərbaycanın  tranzit daşımalardakı imkanlarını nümayiş etdirən “ADY” QSC  və “ADY Konteyner” MMC-nin əməkdaşları, ölkənin Avropa ilə Asiya arasında əsas əlaqələndirici məntəqəyə çevrilməsi haqda ziyarətçilərə məlumatlar veriblər. Dəmir yolu daşımalarında yeni tərəfdaşlarla danışıqlarda  yüklərin Azərbaycanın tranzit marşrutlarına cəlb olunması istiqamətində müzakirələr  aparılıb.

 

 

 

Leave a Reply