Skip to main content
Uncategorized

Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi münasibətilə bir qrup şəxsə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında

By Noyabr 14, 2017İyul 8th, 2021No Comments

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisində və istismara verilməsində fərqləndiklərinə görə aşağıdakı şəxslərə “Əməkdar mühəndis” fəxri adı verilsin:

Buadze Murad Otariyeviç

 

Qasımov Cəmil Həsən oğlu

 

Qurbanov Cavid Qəmbər oğlu

 

Rzayev Telman Ağamoğlan oğlu.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 noyabr 2017-ci il.